\"Millətimizin gizli qəhrəmanlarısınız\" - Almaniyadan həkimlərimizə dəstək + VİDEO

\

Almaniyada yaşayan azərbaycanlı həkimlər videoçarx vasitəsi ilə Azərbaycanda olan həmkarlarına dəstək sərgiləyiblər.

 

Sfera.az xəbər verir ki, həkimlərimiz koronavirusla mübarizə aparan tibb heyətinə təşəkkür ediblər:


"Dəyərli həkimlərimiz, hörmətli tibb bacıları və əziz tibb işçiləri bu video-çarx vasitəsilə pandemiya müddətində göstərdiyiniz şücaətə görə sizlərə dərin təşəkkürümüzü bildiririk.


Sizlər göstərdiniz ki, ehtiyac olduğu halda, özünü və ailəsini düşünmədən cəmiyyətimizin qayğısına qalmağa hər daim hazırsınız. Bu sizin əziyyətiniz, sağlamlığınız və hətta canınız bahasına mümkün oldu. Sizlər fədakar insanlarsınız. Sizlər millətimizin gizli qəhrəmanlarısınız. Bizlər, Almaniyada çalışan kolleqalarınız sizləri anlayır və əziyyətinizi yüksək qiymətləndiririk. Dünya tarixində sona çatmamış pandemiya olmayıb. Bu günlər də keçəcək. Yenidən sərhədlərin açılmağını, vətənə dönməyi və sizlərə qovuşmağı səbirsizliklə gözləyirik.


Almaniyada çalışan azərbaycanlı həkimlər olaraq "Covid 19" pandemiyası zamanı cəmiyyətimizin qeydinə qalan tibb işçilərinin yanında olduğumuzu və onları dəstəklədiyimizi bildirmək istəyirik.


Bu videonun ərsəyə gəlməsindən iştirak edən həkim kolleqalarımıza və 1STudio təşəkkür edirik”.


Onu qeyd edek ki, video müraciət FACHARZT layihəsi çərçivəsində hazırlanıb.

 

Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR