Millət vəkilindən Orduxan Teymurxana sərt reaksiya – “Antimilli ünsür, “klaviatura cəngavəri”, qorxaq....”

Millət vəkilindən Orduxan Teymurxana sərt reaksiya – “Antimilli ünsür, “klaviatura cəngavəri”, qorxaq....”
Hollandiya hökumətindən sığınacaq alan Orduxan Teymurxan növbəti dəfə ermənipərəst çıxışı ilə gündəmə gəlib. O, çıxışı zamanı ermənilərin vəhşilik etmədiyini bildirib. Orduxan Teymurxan işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin bilərəkdən qəbirləri, məscidləri dağıtmadığını da deyib.

Orduxan Teymurxan ilk şəxs deyil ki, mühacirətə getdiyi ölkədən Azərbaycanın əleyhinə çıxışlar edərək, Ermənistanın maraqlarına uyğun mövqe tutur. Ondan əvvəl bloqqer Emin Milli və hüquq müdafiəçisi Leyla Yunus da ermənipərəst çıxışları ilə cəmiyyətin kəskin etirazına səbəb olmuşdular.

Millət vəkili Zahid Oruc Sfera.az-a açıqlamasında bildirib ki, İkinci Dünya Müharibəsindən sonra mühacirət hərəkatı üzərindən mənfəətlərini təmin edən, bu kimi adamları əllərində saxlayan, bu insanlardan dövlətlərin əleyhinə istifadə edən, onları öz siyasi maraqlarının alətinə çevirən mərkəzlər, kəşfiyyat strukturları və dövlətlər var. Millət vəkili hesab edir ki, bu, özfəaliyyət deyil:

"Belə şəxslərin dillərindən səslənən fikirlər onların özlərinə məxsus deyil. Həmin adamların uğurlu ictimai-siyasi fəaliyyətləri də yoxdur. Bu adamlar ən sadə zəhməti belə çəkməyiblər. Bir ağac belə əkməyiblər. Onlar yaradıcı insanlar deyillər. Yəni, faydalı iş əmsalı mənfi formalaşan şəxslər xarici dairələrin əllərində alətə çevrilirlər. Berlindən Strasburqa qədər özlərinə lövbər salan və özlərinin tərbiyəsizlikləri ilə platforma düzəltikdlərini deyənlər, müxalifətin totalitar təfəkkürlü hissəsini çox yaxşı xarakterizə edirlər. Həmin adamların adlarını çəkmək istəmirəm, onlar buna layiq deyillər. Həmin şəxslər radikal, ekstremist simalardır. Belə adamlar Əli Kərimlinin inqilabi barrikadası tərəfindən stimullaşdırılırlar, tirajlanılır, bəyənilir, "laykomaniya xəstəliyi”nin içində onlara yer verilir. Göründüyü kimi, təhqir onlar üçün platformadır, mübarizə üsuludur, mənəvi anatomiyasıdır. Baxın, görün ki, Azərbaycan hakimiyyətinin alternativi kimdir. Belə qüvvələrin əllərində hakimiyyət imkanları olsaydı, öz alternativlərinin hamısını məhv edərdilər”.

Zahid Oruc qeyd edib ki, son illərdə Azərbaycan hakimiyyəti məlum şəbəkələrin xarici maliyyə mənbələrinə zərbə vuran kimi, onlar ölkənin kənarlarına açılmağa başladılar:

"Onların ölkə daxilində heç bir fəaliyyəti yoxdur. Onlar bir şəxsin "qara qutusunun içindəki teatr” kimi öz oyunlarını səhnələşdirirlər, bunu da "müxalifət fəaliyyəti” adlandırırlar. Özlərini klaviatura arxasında göstərən bu şəxslər son dərəcə qorxaq, mahiyyətcə cılız adamlardır. Hər birimiz onlara "dur” deməliyik. Onlar təkcə xalqı yox, dövlətin milli təhlükəsizliyini təhdid edirlər. İstənilən an bu dövlətə zərbə vurmağa hazırdırlar. Mükafatları bir qədər də artırılsa, daha da dərinə gedəcəklər. Gördük ki, Emin Hüseynov və Leyla Yunus Azərbaycandan gedən ermənilərin haqları uğrunda mübarizə aparırlar. Sabah həmin adamlar Arkadi Qukasyan, yaxud Robert Köçaryanın haqları uğrunda mübarizə aparsalar, təəccüblənməyin. Bu kimi adamları azadlığa buraxan kimi ermənilər tərəfdə istehkam düzəldib Azərbaycana qarşı mübarizə aparacaqlar. Antimilli ünsür sözü bunların sifətinə yaxşı yapışır, bu söz onların boyunlarına biçilib”.


Mənsur Rəğbətoğlu

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...