Millət vəkilindən manatla bağlı - Proqnoz

Millət vəkilindən manatla bağlı - Proqnoz

Dünyada neftin qiymətinə təsir göstərən yeganə amil ABŞ-ın bazara çıxardığı şist neftin həcmindən asılıdır. Əgər ABŞ şist neftin həcmini artıracaqsa və neft bazarında yenə öz sözünü deyəcəksə, əlbəttə, bu, neftin qiymətinə təsir edəcək.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Konkret Azərbaycana gəlincə isə əlbəttə, neftin qiyməti nə qədər yüksək olarsa, bu, bizim üçün bir o qədər əhəmiyyətlidir. Ancaq onu da nəzərə alaq ki, artıq Azərbaycan postneft dövrünə hazırlaşır və iri layihələr həyata keçirir. Cənab Prezidentin Balakən, Zaqatala, Qax səfəri və orada müəyyən müəssisələrin açılışı mühüm hadisələrdir. Qeyri-neft sektoru üzrə yeni açılan müəssisələrin büdcəyə gəlir gətirməsi gözləniləndir. Bildiyiniz kimi neftin qiyməti bütün neft ixrac edən ölkələrə, o cümlədən Azərbaycanın gəlirlərinə təsir göstərib”, - millət vəkili bildirib.

Millət vəkili hesab edir ki, ilin sonuna qədər neftin qiymətindən asılı olmayaraq, Azərbaycanda manatın məzənnəsi qorunub saxlanılacaq:

"Mərkəzi Bankın apardığı siyasət buna dəlalət edir. Baş bank ölkə başçısının göstərişinə uyğun olaraq pul kütləsinə çox ciddi nəzarət edir”.

 
Sfera.az 

OXŞAR XƏBƏRLƏR