Millət vəkili seçicilərinin kreditinə görə banklara MÜRACİƏT ETDİ - MƏTN

Millət vəkili seçicilərinin kreditinə görə banklara MÜRACİƏT ETDİ - MƏTN

"Bu gün Biləsuvar əhalisinin borclandığı bir sıra bank və kredit təşkilatlarına müraciət edərək, insanların düşdüyü çətin vəziyyəti nəzərə alaraq, bu dövr ərzində seçicilərimə kredit faizlərinin hesablanmaması, problemli kreditlər üzrə isə güzəştlərin tətbiqini xahiş etdim”.

 

 

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov özünün sosial şəbəkə hesabında yazıb.

 

 

Millət vəkilinin müraciətinin mətnini təqdim edirik:


Biləsuvar rayonu COVİD-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində ölkədə çox haqlı olaraq tətbiq edilən karantin tədbirlərindən, xüsusən də İranla sərhədlərin bağlanmasından ən çox əziyyət çəkən bölgədir.

Ölkədəki həssas vəziyyəti, əhalinin durumunu nəzərə alaraq Biləsuvar rayon sakinlərinin təşkilatınızdan götürdüyü kreditlər üzrə faizlərin hesablanmasını mümkün zaman çərçivəsində dayandırılmasına, problemli kreditlərə isə yenidən baxılmasına dair qərar verməyinizi Sizdən xahiş edirəm.

Təbii ki, özəl sektor olaraq Sizin işinizə müdaxilə etməyə nə imkanımız, nə hüququmuz yoxdur, həmçinin bu etik də olmaz. Üstəlik rəhbərlik etdiyiniz qurumu da maliyyə itkilərinə məruz qoymaq iqtisadiyyatımıza zərbə olar. Lakin rayonu təmsil edən deputat kimi, borcluların sayının da çox olmaması, borc məbləğlərinin isə böyük olmadığını nəzərə alaraq, Sizin səsimə səs verəcəyinizə inanıram. Gün həmrəylik günüdür.


OXŞAR XƏBƏRLƏR

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...