AdRiver
Millət vəkili qızının konsertində - FOTOLAR

Millət vəkili qızının konsertində - FOTOLAR

İyunun 9-da Xalq artisti Aygün Səmədzadənin "Yaşıl Teatr”da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş "Azərbaycan” adlı konserti baş tutub. 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, musiqi gecəsi tanınmış bəstəkarın "Biri varmış, biri yoxmuş” ifası ilə başlayıb, onu səhnədə üç rəqqas müşayiət edib. 

Bundan sonra bəstəkarın AXC-nin yüz illiyinə ithaf etdiyi "İstiqlal” marşı gənc müğənnilərin ifasında səslənib. Səmədzadə həmin marşın tarixçəsindən danışıb:

"Bilirsiniz ki, bu il AXC-nin yüz illiyidir. Bu, böyük bir hadisədir. "İstiqlal” marşı da məhz bir anın içində, bu il, mayın 28-də yarandı”. 

Gecədə əməkdar artistlər-Lalə Məmmədova, İlqar Muradov, Eyyub Yaqubov, Nurlan Növrəsli, müğənnilər Günay İbrahimli, Ayaz Qasımov, Vüsal Hacıyev çıxış ediblər. 

Maraqlı məqamlardan biri isə mağənni Kamilə Nəbiyevanın "Tut ağacı” mahnısını ifa edən zaman baş verib. Belə ki, konserti kənardan izləyən əməkdar artist Aygün Bəylər səhnəyə çıxaraq gənc müğənni ilə duet oxuyub. Onlara Aygün Səmədzadə də qoşulub.  

Bundan başqa, səhnəyə Türkiyənin tanınmış müğənnisi Müşərrəf Akay "Əzab” adı verdiyi, bəstəsi Aygün Səmədzadəyə, sözləri Xanım İsmayılqızına aid olan "Ruhumuz qovuşacaq” mahnısını ifa edib.

Qeyd edək ki, gecədə mədəniyyət nümayəndələri, ziyalılar, bəstəkarın atası-Milli Məclisin deputatı Ziyad Səmədzadə də iştirak edib.
 
 

DİGƏR XƏBƏRLƏR


---