Millət vəkili: “Qaçqın və məcburi köçkünlərlə bağlı sosial siyasət birbaşa həyata keçirilməlidir"

Millət vəkili: “Qaçqın və məcburi köçkünlərlə bağlı sosial siyasət birbaşa həyata keçirilməlidir

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna yenidən baxılmalıdır”. 

Bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib. 

E. Nəsirov deyib ki, Milli Məclisdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deputat həmkarlarının ən çox diqqət mərkəzində saxladığı məsələ qaçqın və məcburi köçkünlər, onların statusları və sosial durumları ilə bağlı olub: "Cənab prezident sosialyönümlü siyasət həyata keçirir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Xüsusi ilə qaçqın və məcburi köçkünlər xüsusi kateqoriyalı insanlar olduqları üçün onlara dövlət tərəfindən hər zaman ən yüksək səviyyədə qayğı olub. 2017-ci ilin dövlət büdcəsi layihəsinə də baxılsa, bir qədər qənaətcil, yığcam olan bu büdcənin 40, 3 faizi, yəni 6 milyard 686 milyon manatı məhz sosial xərclər üçün ayrılıb. Bu, bir daha təsdiqləyir ki, hətta böhranlı illərdə də belə bütün çətinliklərə baxmayaraq, dövlət özünün sosialyönümlü siyasətini davam etdirir. Bu kontekstdə qaçqın və məcburi köçkünlərlə bağlı məsələ də hər zaman gündəmdədir”. 

 


OXŞAR XƏBƏRLƏR