Millət vəkili müharibə iştirakçıları ilə görüşdü - FOTO

Millət vəkili müharibə iştirakçıları ilə görüşdü - FOTO
44 günlük Vətən Müharibəsinə dairəmizdən 158 sakinimiz yollanıb. 4 şəhidimiz var. Allah onlara rəhmət etsin! Evlərinə sağ-salamat dönən müharibə iştirakçıları və qazilərimizlə mütəmadi görüşlərim olur.
 
Sfera.az xəbər verir ki,  bunu millət vəkili Elnur Allahverdiyev qedy edib. Onun sözləriə görə, müharibə iştirakçıları və qazilərlə seçici qəbullarında, Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbirlərdə, son bir aydır ki, Fəxri Xiyabanda, - şəhidlərimizi anma mərasimlərində görüşür.
 
"Bir neçəsinin evində olub, valideyinləri ilə tanış olmuşam. Ötən aydan etibarən isə cəngavərlərimizlə çay süfrəsi arxasında görüşüb söhbətləşir, onları maraqlandıran suallara cavab, narahat edən problemlərə əlac, qarşılaşdıqları çətinliklərdən birlikdə çıxış yolu axtarmağa çalışırıq. Görüşlərimizin bu formatı həm mənim, həm də onların ürəyincədir. Səmimi atmosferdə, rahat, qeyri-formal şəraitdə döyüş yollarından bəhs edirlər. Növbəti dəfə bu gənclərin necə böyük ürəyə malik olduqlarının şahidinə çevrilirik. Allah hamısının ürəyincə versin!
 
Bu gün növbəti görüşümüzü gerçəkləşdirdik. Dairəmizin 11 müharibə iştirakçısı ilə çay süfrəsi arxasında bir araya gəldik. Bu, bu gün keçirəcəyim görüşlərdən ilki oldu. Görüşdə iştirak edən hər birimizin qəhrəmanlarımızdan aldığı bu müsbət enerji ötənilki Zəfərimizin nə qədər önəmli tarixi hadisə olduğunu təsəvvürlərimizdə bir daha canlandırmış oldu. 

Budəfəki görüşümüzdə I Qarabağ savaşının qazisi Elxan Abbasov və müharibə iştirakçısı Rövşən İmanov da iştirak edirdi. R.İmanovun qardaşı ilk Qarabağ müharibəsində şəhid olub. İki Qarabağ müharibəsinin iştirakçıları, iki nəsil vətənpərvər döyüşçülərimizin fikir mübadiləsi görüşümüzə əlavə rəng qatdı.
Qarşıdakı günlərdə qazilərimizlə görüşlərim davam edəcək. Yaşasın Azərbaycan gəncləri! Qarabağ Azərbaycandır"!

OXŞAR XƏBƏRLƏR