Millət vəkili erməni əsgərə acıyanları - Sərt qınadı

Millət vəkili erməni əsgərə acıyanları - Sərt qınadı
Dünən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində düşmən ölkənin əsgəri aldığı güllə yarasından həlak olub. Bu gün isə bəzi Azərbaycan saytları həmin əsgərin şəklini verməklə yanaşı, sızıltı ilə onun ailənin tək oğlu olduğunu da vurğulayıblar

 

Sfera.az xəbər verir bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb.

 

 

Millət vəkili bəzi saytların düşmən əsgərinin şəklini və onun ailə vəziyyətini nə məqsədlə dərc etdiyini heç cür başa düşmədiyini qeyd edib:

"Həmin əsgər düşməndir, o mənim torpağımda işağlı davam etdirməkdən ötrü gəlib və hər an Azərbaycan əsgərini öldürməyə hazır olub, üstəlik, dövlətinin ondan istifadə etməsindən xəbərdar olub.

İki yaşlı Zəhra Quliyevanı və onun nənəsini öldürən, mərmini atan əsgərlər də ailənin tək oğlanları idi. Ancaq onların hamısı düşmən ordunun əsgərləridir və torpaqlarımızı işğalda saxlayırlar. İlin əvvəlində işğalçı erməni əsgərinin Moskvada yaşayan bacısı sosial şəbəkədə bir status paylaşmışdı. O, Qarabağda ölən qardaşının evin tək oğlu olduğu bildirərək onun qisasını Moskada yaşayan azərbaycanlı oğlanlardan alacağını elan etmişdi.

İndi biz ölən düşmən əsgəri üçün göz yaşı tökməliyikmi, onun ailəsi ilə ürəyimizdən qara qanlar axmalıdır? Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırırq?

Düşmən əsgərinın itkisinə ürək yanğısı ilə yanaşmaq, onun şəklini və tərcümeyi-halının xırdalıqlarının verilməsi heç də hərbi-vətənpərvərlik hisslərinin təbliğinə kömək etmir. Bu cür informasiyalar sabahkı gənc əsgərlərdə düşmənə nifrət hissini formalaşdırmır, onun sabah cəbhə xəttində mətin qulluğuna kömək etmir”.

 

Çinarə Məmmədova

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...