Millət vəkili ərəb turistlər barədə: “Kişi xeylağıyıq, yolda qadınımıza sataşanda özümüzü namussuz kimi hiss edirik”

Millət vəkili ərəb turistlər barədə: “Kişi xeylağıyıq, yolda qadınımıza sataşanda özümüzü namussuz kimi hiss edirik”
Artıq bir neçə ildir ki, fahişəliyin leqallaşdırılması məsələsi Azərbaycanda gündəmdədir. Son illər ərəb turistlərin ölkəyə axın etməsi və ictimai yerlərdə açıq-aşkar  gedən "alver" prosesləri mövzunu gündəmdə saxlayır.

Azərbaycanda fahişəliyin leqallaşdırılmasına ehtiyac varmı? Bu sual iki cəbhə formalaşdırıb. Bəzi millət vəkilləri, ziyalılar fahişəliyi leqallaşdırmaqla onlardan vergi alınmasını tələb edir. Bununla yanaşı hər vəchlə fahişəliyin leqallaşdırılmasının əleyhinə olanlar da var. 

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvi, millət vəkili Tahir Kərimli Sfera.az-a açıqlamasında son illər Azərbaycanda milli mentaltetə zidd olan bu peşənin geniş yayıldığını deyib. Azərbaycanda fahişəliyin leqallaşdırılmasının tamamilə əleyhinə olan millət vəkili qeyd edib ki,  belə bir addımın atılması bizim milli adətlərimizə, mentalitetimizə, dinimizə, ailə dəyərlərimizə ziddir: 
 


"Azərbaycan Rusiyanın müstəmləkəsi olduğu zamanda belə bu cür hadisələr baş vermirdi. Hətta ruslar belə o zamanlar bizim xalqımızın adət-ənənələrinə hörmət edirdilər. Vaxtı ilə Cənubi  Asiya ölkələrində işsizliyin geniş yayılması ilə əlaqədar olaraq qadınlar bu yola düşərdilər. Kişilər işləmədiyi üçün qadınlar bu cür yollarla pul qazanıb ailəni dolandırardılar. Azərbaycanı Sayqonlaşdırmaq lazım deyil. Sayqonda milli-mənəvi dəyərlər tamamilə məhv olub, insanlar müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısına çevrilib. Azərbaycanda fahişəliyin leqallaşdırılması milli-mentalitetimizin, mədəniyyətimizin , ailəmizin baltalanması deməkdir. Bu gün xalqımız pis, yaxşı da olsa dolanır. Elə bir aclıq da yoxdur. Bu yolla gələn pula heç bir ehtiyac yoxdur. Mənəviyyatımızdan gələn zərbəni heç  zaman bərpa edə bilmərik. Mənəviyyatsızlıqdan xilas yolu yoxdur”. 

Azərbaycanın milli adətlər üzərində təşəkkül tapmasını onun ən böyük tarixi nailiyyəti kimi dəyərləndirən  millət vəkili sözlərinə belə davam edib:
 
"Bu cür halların qarşısını almaq üçün hələ 90-cı illərdə ilk çıxışımda mənəviyyat və əxlaq komitəsinin yaradılmasını tələb etmişdim. Sosializmin fəsləfəsini başa düşmüşdüm. Sosializm pisi də qadağan edirdi, yaxşını da. Kapitalizm isə yaxşıya da icazə verir, pisə də. Açıq cəmiyyətin qurulması ilə cəmiyyət pozulacaq. Karl Marks deyirdi ki, kapitalizm həddindən artıq əxlaqsız cəmiyyətdir. Çünki müstəsna dərəcədə əxlaqsız olan kapitala söykənib. Məhz bu səbəbdən boşanmaların, əxlqasızlıqların sayı artmaqdadır. Bu gün Çin boyda dövlət də fahişəliyin yayılmasına imkan vermir”. 

Azərbaycanda fahişəliyin son illərdə geniş yayılmasından danışan millət vəkili bunun səbəblərindən də söz açıb:

"Ailə bir neçə nəfərdən ibarətdir. Bu problemin artmasında sosial vəziyyəti nəzərə almamaq mümkün deyil. Küçədə necə geyinirlərsə, çalışırlar ki, ailədə də o cür geyinsinlər. Ya da ki, görürsən ki, cəmiyyətdə ifrat dini geyimlər, yaxud da açıq-saçıq geyimlər geniş yayılır. Azərbaycanın milli simasını itirməsinin əsas səbəblərindən biri məhz internetdir. Təəssüflər olsun ki, bu gün Azərbaycan özündən başqa hamıya oxşayır, fransıza, ingilisə də. Daha çox özümüzə oxşamalıyıq, milli simamızı itirməməliyik”.

Millət vəkili sovet dövründə bu məqsədlə Azərbaycandan Rusiyaya axın olduğunu, hazırda isə bu minvalla ərəblərin Azərbaycana gəldiyini deyib:
"Sovet dövründə bizimkilər deyərdilər ki, gedək Rusiyaya, indi isə ərəblər deyir ki, gedək Azərbaycana. Kubaya necə ki, kefxana kimi baxırdılar, indi də Azərbaycana o cür baxmağa çalışırlar. Nə olsun,  belə açıqlama verəndə başlığa çıxarırlar ki, Tahir Kərimli deyir ki, biz özümüz Rusiyaya gedərdik. Mən heç zaman başımı qaldırıb yad qadına baxmamışam. Deməmişəm ki, gedərdim, sadəcə deyirəm ki, bu məqsədlə Rusiyaya gedənlər olub. Nə qədər insan buna görə məni söyüb. Bunu düz yazın da. Mən anadan olandan buna qarşı mübarizə aparmışam”. 

Millət vəkili Azərbaycanı özü üçün əxlaqsızlıq yuvasına çevirən ərəblərin davranışları haqda danışaraq bu cür halların artmasının qarşsını almaq üçün əsaslı addımların atılmasının vacibliyindən söz açıb:

"Biri deyir ki, biz bu yolla pul qazanırıq, biri deyir ki, turizmimizə mane olursan. Ərəblərin davranışı, gecə klubları, masaj salonlarındakı əxlaqsızlıqları ilə bağlı dəfələrlə müzakirələr edilib. Onlar gigiyenaya riayət eləmirlər, kişilərin yanında qadınlara yaxınlaşırlar. Kişi xeylağıyıq, gedirik, yolda qadınımıza sataşanda özümüzü namussuz kimi hiss edirik. Bu insanlara yerli adət-ənənələri başa salmaq lazımdır”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...