Sİyasət

Millət vəkili dönər zəhərlənmələrinə görə QTA-nı tənqid etdi: “Pul xatirinə…”

Millət vəkili dönər zəhərlənmələrinə görə QTA-nı tənqid etdi: “Pul xatirinə…”
 

"Dönərxanalara xüsusi nəzarət həyata keçirilməlidir”

 

Sfera.az-a açıqlamasında bu sözləri Bakıda yenə də dönərdən zəhərlənmə halının qeyd edilməsinə münasibətbildirərkən Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Onun sözlərinə görə, dönərxanalarla bağlı acınacaqlı vəziyyətin aradan qaldırılmamasında Qida Təhlükəsizliyi Agentliyinin də məsuliyyəti var:

"Yeni cəmiyyətin qurulması fonunda kapital münasibətlərinin önə çıxması ilə insanlar pul naminə hər işə əl atmağa başlayıb. Bəzi insanlar pul qazanmaq xatirinə hər cür fırıldağa, əyri işlərə yol verir. Bu hal ərzaq məhsulları və dərman preparatlarına da aiddir. Birdəfəyə dönərdən 7 nəfərin zəhərlənməsi də kütləvi hadisədir. Bilirik ki, dönər əti heç də yerli istehsal məhsulu deyil. Dönər adətən Hindistandan gətirilən inək əti, Avstraliyadan qoyun əti, hətta qaramal cinsinə aid olmayan at və başqa heyvan ətindən hazırlanır. Nəticədə dönərdən zəhərlənmə hallarına dəfələrlə rast gəlmişik. Belə neqativ hallara son qoyulması üçün Qida Təhlükəsizliyi Agentliyinə böyük ümidlər var idi. Ancaq görünən odur ki, onlar proseslə lazımi dərəcədə mübarizə aparmır, yaxud apara bilmirlər”.

 

Bu hallara qarşı mübarizədə qurumun qüvvələrini səfərbər edə bilməməsinə toxunan millət vəkili bu istiqamətdə QTA-nın cəmiyyətlə əlaqə qurmasının vacibliyini dilə gətirib: "Ancaq QTA hələlik bundan da qaçır. Agentlik hələlik gözləntilərimizi tam doğrulda bilməyib. Onların əlində böyük səlahiyyət var. Lazımdır ki, agentlik məsuliyyətini artırsın. Eyni zamanda, hesabatlılıq da olmalıdır. Vətəndaşların vergisi hesabına agentliyə büdcədən pul ayrılır. Ona görə də vətəndaşın hüquqlarını müdafiə etmək bu tip qurumların borcudur. Bütün bunların baş verməməsinin nəticəsidir ki, bu günün özündə də köhnəlmiş, tərkibi dəyişərək zəhərli vəziyyət almış ət məhsullarından dönər düzəldilməsi halları davam edir. Bir sıra hallarda uşaq bağçaları, qocalar evinə də belə keyfiyyətsiz ətlər satılır”.

 

Qeyd edək ki, Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Zəhərlənənlərin universitet tələbələri olduğu bildirilir.

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031