Millət vəkili aprel şəhidlərimizi yad etdi

Millət vəkili aprel şəhidlərimizi yad etdi

Millət vəkili Bəhruz Məhərrəmov şanlı aprel döyüşlərinin ildönümü ilə bağlı fikirlərini bölüşüb.

 

 

Sfera.az millət vəkilinin sosial şəbəkə hesabındakı həmin paylaşımı oxuculara təqdim edir.

 

 

***

 

 

Azərbaycan hərb tarixinin müasir qəhrəmanlıq salnaməsi, Aprel döyüşlərinin başlanmasından 4 il ötür.

Tam əminliklə demək olar ki, Aprel döyüşləri işğalçı Ermənistanın hərbi-siyasi iflasının başlanığıcı oldu. Aprel döyüşlərinin ildönümündə Ali baş komandanımız başda olmaqla, silahlı qüvvələrimizin bütün şəxsi heyətinə, xüsusən canını, qanını əsirgəməmiş hərbçilərimizə bir daha təşəkkür edir, şəhidlərimizi hörmətlə anır, ruhları qarşısında baş əyir, ailələrinə səbr diləyirəm. Şəhidlərimizi unutmadıq, unutmarıq da!

Nəzərimizə çatdırım ki, Biləsuvar oğulları da aprel döyüşlərində ləyaqətlə iştirak etmiş, əməliyyatların gedişində həlledici rol oynamışlar. Rayondan olan aprel şəhidlərinə Biləsuvarda möhtəşəm xatirə kompleksi ucaldılmışdır.

Bir qədər öncə, deputat kimi şəhidimiz Dəmirli Hüseyn Zeynal oğlu, Novruzov Fərahim Adışirin oğlu, Məmmədov Murad Vaqif oğlunun valideynlərinə zəng edərək, onlara bir daha səbr dilədim. Habelə telefon edərək qazilərimiz Babək Əliyev, Nicat Ağazadə, Səfər Şiriyev və Aqil İmanovun qayğıları ilə maraqlandım, aprel döyüşlərində göstərdikləri rəşadətə görə hər birinə təşəkkür etdim!


OXŞAR XƏBƏRLƏR