Milad bayramı Azərbaycanda marketlərdə ərzaq qıtlığı yaradıb-ekspert

Milad bayramı Azərbaycanda marketlərdə ərzaq qıtlığı yaradıb-ekspert

"Bir çox marketlərdə ərzaq məhsulları ilə bağlı qıtlığın müşahidə edilməsi həmin məhsulların alındığı bir çox ölkələr və oradakı şirkətlərin hələ bayram istirahətində olması ilə bağlıdır”.

 

Sfera.az-a açıqlamasında bu sözləri son günlər Azərbaycanda fəaliyyət göstərən bir çox marketlərdə ərzaq məhsulları çatışmamazlığının hiss edilməsinə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.

Ekspert bildirdi ki, Azərbaycana ərzaq məhsulları əsasən idxal edildiyindən, marketlər də bayram dönəmində bu kimi problemlərlə üz-üzə qalıblar:

 

"Azərbaycanda bilirsiniz ki, əhalinin ərzaq məhsullarına olan tələbatının böyük hissəsi idxal hesabına ödənilir. Aydın məsələdir ki, bayram ərəfəsi daha çox alver həyata keçirilir, mal və məhsul daha çox satılır. Bu mənada həmin dövrdə market və digər satış məntəqələrində olan məhsullar əvvəlki dövrlərlə müqayisədə bayram günləri daha tez və sürətlə satılır. Anoloji olaraq, həmin ərəfədə idxal prosesində isə müəyyən qədər ləngimələr baş verir.  Belə ki, dünyanın əksər ölkələrində qeyd edilən Milad bayramı ərəfəsində bir çox şirkətlər istirahətə çıxır. Nəticədə iş rejimi də bir qədər zəifləyir. Digər tərəfdən, gömrük keçid məntəqələrində də gətirilən ərzaq məhsulları ilə bağlı müəyyən əngəllər yarana bilər. Burada mənfi məsələ ondan ibarətdir ki, ölkənin yerli tələbatının böyük hissəsi idxal hesabına formalaşır. Ona görə də, marketlərdə bu ərəfədə ərzaq məhsulları ilə bağlı belə bir qıtlıq yaranır. Marketlərdə yaşanan həmin problemin uzun müddətli olacağını da düşünmürəm. Müəyyən müddətdən, xarici şirkətlər istirahətdən qayıdıb, əvvəlki iş rejimlərini bərpa etdikdən sonra  problem aradan götürüləcək. Amma hər halda, ölkənin daxili tələbatının idxaldan asılı olması bu cür mənfi halların müşahidə olunmasına gətirib çıxarır”.

 

Qeyd edək ki, vətəndaşların məlumatına görə, ölkədə fəaliyyət göstərən marketlərin bir çoxunda son günlər ərzaq qıtlığı yaranıb. Hətta böyük marketlər demək olar ki, tamamilə boşdur.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...