Mikroavtobus AŞDI: ölən və yaralılar var - YENİLƏNİB

Mikroavtobus AŞDI: ölən və yaralılar var - YENİLƏNİB

16:35

Gəncə şəhərində mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicəyə buraxılıb.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, onlara ilkin tibbi yardım göstəriləndən sonra vəziyyətləri normallaşıb.

Qeyd edək ki, Gəncədən Bakı istiqamətində hərəkətdə olan "Mecedes Vito" markalı mikroavtobus bu gün idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.

-----------

15:50

Gəncədə mikroavtobus aşıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncənin şərq çıxışında qeydə alınıb. Gəncədən Bakı istiqamətində hərəkətdə olan "Mecedes Vito"  markalı mikroavtobus aşıb.

Hadisə avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər böyük, iki nəfər azyaşlı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yolun buz bağlamasının səbəbə olduğu bildirilir. 
 
Faktla bağlı Gəncə Şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR