Mikayıl Müşfiqlə bağlı məsələ parlamentdə qaldırılacaq - Elnur Allahverdiyev
12:51 / 27.01.2020
3013
Azərbaycan tarixi və ədəbiyyatında özünəməxsus yeri olan görkəmli şairimiz Mikayıl Müşfiqin doğulub boya-başa çatdığı, vaxtilə yaşadığı ev indi 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisi hesab edilən hissədə olub. Hazırda burada qara mərmərdən hazırlanmış kiçik bir xatirə lövhəsi var. Evin ünvanı belədir: Keçmiş 2-ci sovet küçəsi, 6.
Müşfiqin əbədi xatirəsi hər birimizin qəlbindədir. Bu səbəbdən də düşündük ki, seçicilərimizlə - Yasamal rayonunun ziyalıları, Müşfiq yaradıcılığının tədqiqatçıları və yerli sakinlərlə növbəti görüşümüz bir vaxtlar şairin evinin olduğu yerdə baş tutsun.
Yasamal Ağsaqqallar Şurasının sədr müavini Fuad Məmmədov hesab edir ki, yüksək mədəniyyətə malik olmayan xalq yaşaya bilməz. Təkcə maddi sərvəti ilə öyünən xalq cahildir, çünki mədəniyyətin iki qanadı var: maddi və əqli mədəniyyət. Quş bir qanadla uça bilmədiyi kimi, insan da mədəniyyətin hər iki qanadına malik olmalıdır: "Bugünkü tədbirin də məhz Müşfiq ocağında keçirilməsi onu göstərir ki, xalqımız yüksək əqli və maddi mədəniyyətə, mənəvi dəyərlərə malik xalqdır”.
17 saylı Yasamal üçüncü seçki dairəsinin sakini, seçicimiz, təhsil işçisi Üzülfət Umayevanın sözlərinə görə, Müşfiq həyatla gənc vaxtlarında vidalaşsa da, nümayiş etdirməyi bacarmışdı ki, xalqımızın nümayəndələri istənilən yaşda yüksək intellekt və zövqə, dərrakə və müdrikliyə sahib ola bilərlər. Ümummilli lider Heydər Əliyevin "Gələcəyimiz gənclərin əlindədir” sözlərini xatırladan Ü.Umayeva əmindir ki, dövlət idarəçiliyinin bütün sahələrində gənc kadrların, o cümlədən parlamentdə müasir, perspektivli, yeni dünyagörüşlü millət vəkillərinin olması xalqımızın xeyrinədir.
Ziyalı, Cabir Novruz Fondu prezidentinin müavini Məmməd Əliyev də əmindir ki, mühüm vəzifələrə gənc kadrların təyin olunması, qanunverici orqana seçilməsi Azərbaycanın gələcək inkişafına yatırılmış sərmayədir. Çünki zəmanə yüksək texnologiyalar, yeni-yeni peşə və bacarıqlar zəmanəsidir ki, onların öhdəsindən yalnız gənc nəslin nümayəndələri gələ bilər.
Xalq artisti, hamımızın sevimli sənətkarı Şəfiqə xanım Eyvazova bu məhəllədə keçən uşaqlığından danışaraq xatırlayır ki, 8-10 yaşlarında olarkən ayaqyalın Müşfiqin evinə gələrmiş. Həmin illər nakam taleli şairimiz artıq bəraət almışdı, ancaq təəssüf ki, həyatda yox idi. M.Müşfiqin bacısının şairin əlyazmalarını necə məhəbbətlə qoruyub saxlaması Şəfiqə xanımın gözlərinin önündən getmir.
Cabir Novruz Fondunun prezidenti, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov deyir ki, bu yerdə Müşfiqin ruhu gəzir. Bu səbəbdən şairin xatirəsinin mütləq əbədiləşdirilməsinə ehtiyac var. C.Qurbanova görə, məsələnin Milli Məclisdə qaldırılması onun həllinə bir təkan ola bilər.

Görüşün yüksək səviyyədə təşkilinə və fəal iştiraka görə seçicilərimizə, məhəllə sakinlərinə dərin təşəkkürümüzü bildiririk. Biz bu seçkilərə vəd vermək üçün deyil, seçilib insanlara kömək etmək üçün qatılmışıq. Seçilən kimi dərhal sakinlərimizin arzu və istəklərinin reallaşmasına çalışacağıq. Müşfiqin adının bu məhəllədə əbədiləşdirilməsi bu arzuların gerçəkləşməsinə yönəlmiş addımlardan biri, bəlkə də birincisi olacaq!