MİDA-dan mənzil almaq istəyənlərə - Şad xəbər

MİDA-dan mənzil almaq istəyənlərə - Şad xəbər

Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlayacaq.

Bunu Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev bildirib.

"Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək. Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır. Sistem "e-gov.az" "elektron hökumət" portalında yerləşdiriləcək. Bununla yanaşı, "ASAN xidmət"in Bakıda yerləşən 1, 2, 3 saylı və "Sumqayıt" mərkəzləri prosesə qoşulacaq. Yaxın bir neçə gündə elektron sistemin əsasnaməsinin təsdiq olunması gözlənilir. Həmin əsasnamə sistemin iş prinsiplərini özündə ehtiva edəcək. Əsasnamə təsdiq olunduqdan bir neçə gün sonra sənədlərin qəbuluna və "elektron kabinet"lərin yaradılmasına başlanılacaq", - deyə S.Nuriyev bildirib.

MİDA rəhbəri onu da bildirib ki, gələcəkdə güzəştli mənzilə sahib olmaq hüququ olan şəxslərin kateqoriyası genişləndirilə bilər: "Təbii ki, bir dövlət qurumu olaraq biz öz təkliflərimizi verə bilərik. Biz ilkin qeydiyyatın gedişatını izləyirik. Qeydiyyat başa çatdıqdan sonra biz artıq elektron bazaya malik olacağıq. Məhz bu siyahının təhlili aparıldıqdan sonra biz kateqoriyaları genişləndirə bilərik". (apa)

Sfera.az


OXŞAR XƏBƏRLƏR