MİDA-dan ev almaq istəyənlərin nəzərinə: Satışa az qaldı

MİDA-dan ev almaq istəyənlərin nəzərinə: Satışa az qaldı
Xəbər verdiyimiz ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yanvarın 25-də növbəti onlayn satışını həyata keçirəcək. Yasamal Yaşayış Kompleksində yerləşən ümumilikdə 174 mənzil güzəştli şərtlərlə təklif olunduğu bu satışda qiymətlər 30 mindən başlayır.

"Qafqazinfo” xəbər verir ki, satışlara maraq yüksək olduğundan hər dəfə sistemin donması və bu kimi səbəblər istifadəçiləri məyus edir. Bu dəfə qurum arzuolunmaz halların yaşanmaması üçün prosesin xeyli təkmilləşdirildiyi bildirilib. Belə ki, istifadəçilərin elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə 12 yanvar tarixində sistemin sınaq mühitində mənzil seçimini təşkil edilib, yanvarın 15-də isə "Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verilib.

Sınaq modulu 24 yanvar tarixinədək aktiv olacaq. Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

 

Bundan başqa, güzəştli mənzillərin əldə edilməsi qaydasında bir neçə dəyişikliklər də edilib. May ayının 1-dən etibarən tətbiq ediləcək yeniliklərə əsasən, sistemdə elektron kabineti olan şəxs agent banka müraciət edərək ilkin razılıq qərarını ala və agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edə biləcək. 

Daha bir yeniliyə əsasən seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. 

Son olaraq isə mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək.


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...