\"Microsoft\" \"TikTok\"u satın almaq niyyətindədir

\
 

ABŞ-ın "Microsoft” şirkəti "TikTok” video paylaşım xidmətinin ABŞ üzrə əməliyyatlarını satın almaq üçün müraciət edib.

Sfera.az xəbər verir ki, "Microsoft” şirkətinin rəhbəri Satya Nadella bununla əlaqədar ABŞ Prezidenti Donald Trampla danışıb.

"Microsoft” "TikTok”un sahibi olan Çinin "ByteDance” şirkətinə təklif göndərdiyini açıqlayıb. Danışıqlar yaxın həftələrdə başlamalı və sentyabrın 15-dən gec olmayaraq başa çatmalıdır.

 

Qeyd edək ki, D.Tramp "TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarından istifadə etməklə ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu və bu xidmətin fəaliyyətinin ABŞ-da dayandırmaq niyyətində olduğunu açıqlayıb. "Microsoft” xidmətin ABŞ üzrə əməliyyatlarını satın alacağı təqdirdə istifadəçi məlumatlarının digər ölkələrə ötürülməyəcəyini bildirib. (trend)


OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...