Miçiqanın Dağlıq Qarabağı tanıması heç nəyi dəyişmir – Smart

Miçiqanın Dağlıq Qarabağı tanıması heç nəyi dəyişmir – Smart

ABŞ-ın hər hansı ştatı tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması Azərbaycanı heç cür narahat etməməlidir, çünki heç bir ştat inzibati vahid kimi federal hökumətin xarici siyasətinə qarışa bilməz.

Virtualaz.org xəbər verir ki, bunu əməkdaşımıza eksklüziv şərhində amerikalı politoloq Ceyson Smart deyib.

C.Smart əmin olduğunu qeyd edib ki. həmin qərar erməni lobbisinin təzyiqi altında verilib.

"Ştatlar ölkənin xarici siyasətini müəyyən etmək səlahiyyətinə malik deyillər. Bu prezidentin və ABŞ Konqresinin əlahiddə səlahiyyətidir. Azərbaycan ABŞ-ın regionda etibarlı dostu olaraq qalır”, - o əlavə edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR