Məzunlar \"Son zəng\"ə hazırlaşır - İndidən restoranlarda yer sifariş ediblər - VİDEO

Məzunlar \

 

2016-2017-ci tədris ilinin başa çatmasına bir aydan da az vaxt qalıb.

 

Xezerxeber.az məlumat verir ki, builki məzunlar artıq son zəng hazırlıqlarına başlayıblar.

 

11-ci sinif şagirdləri həmin günü qeyd etmək üçün indidən restoranlarda yer sifariş ediblər. Restoran inzibatçılarının sözlərinə görə, şagird sayı az olduğu üçün onlar kiçik zalları sifariş edirlər.

 

Həmin ərəfədə Ramazan ayı olduğu üçün restoranlarda toylar demək olar ki, olmayacaq. Bu səbəbdən də şadlıq evinin sahibləri məzunlar üçün ucuz və yaxşı menyu hazırlayıb. Məsələn, əvvəllər 35-40 manata olan menyular şagirdlərə 18, 20 və 25 manata təklif edilir. İnzibatçılar deyirlər ki, məzun günündə onlara restoran tərəfindən bir çox hədiyyələr də olacaq.

 

Təhlükəsizliyi təmin etməkdən ötrü məzunlar tərəfindən sifariş olunan restoranlar spirtli içkiləri menyudan çıxarıblar. Əgər hansısa məzun kənarda spirtli içki içib gələrsə, onlar restoranın təhlükəzilik əməkdaşları tərəfindən uzaqlaşdırılacaqlar. İnzibatçılar hətta bununla bağlı şagirdlərə əvvəlcədən məlumat da veriblər.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR