Meyvə şirəsi içmədən öncə bir daha düşünün!

Meyvə şirəsi içmədən öncə bir daha düşünün!
Bir çox insan sağlam qalmaq üçün evdə çəkilmiş meyvə şirəsi içir. 
 
Ancaq dietoloqlar meyvə şirələrinin zənn edildiyi qədər faydalı olmadığını bildirirlər. 
 
Sfera.az xəbər verir ki, həkim-dietoloqlar öz xəstələrinə meyvə şirəindən uzaq durmağı məsləhət görürlər. Bu da səbəbsiz deyil. Meyvə şirələri həddən artıq şəkər ehtiva edir. 

Bir stəkan meyvə şirəsi əldə etmək üçün ən az 3-4 meyvə lazım olur. Halbuki, meyvənin özünü yesəniz, həm sizi tox saxlayar, həm daha az şəkər qəbul etmiş olarsınız. Meyvə tərkibindəki liflər sayəsində mədə-bağırsaq sisteminin işini asanlaşdırır. Meyvə şirəsinin isə belə bir faydası yoxdur.
 
1 stəkan meyvə şirəsi, təxminən, 110-120 kalori ehtiva edir. Bu isə gündəlik kalori ehtiyacının 5 faizi deməkdir. 
 
Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR