Dünya

Meymun 10 nəfəri dişlədi, biri öldü - Polis “qatil”i saxlayıb

Meymun 10 nəfəri dişlədi, biri öldü - Polis “qatil”i saxlayıb

 

 

Hindistanda vəhşi əntər 10 gün ərzində yerli Bədnəvar şəhər (mərkəzi Hindistan) sakinlərini qorxu içində saxlayıb.

"The Times of İndia” nəşrinin məlumatına görə, quduz meymun 10 nəfəri dişləyib.

Zərərərçəkənlərdən biri – 60 yaşlı kişi xəstəxanada quduzluğa qarşı preparatın olmamasına görə ölüb.

Hökumətin belə hallara etinasız yanaşmasından hiddətlənən yerli sakinlər ölən kişinin meyitini yola çıxararaq, nəqliyyat vasitələrinin irəliləməsinə mane olub.

Polisin artıq qatil əntəri saxladığı deyilir. Meymunun aqibəti barədə məlumat yoxdur.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031