Meyitdən orqan köçürülməsinə başlanılacaq

Meyitdən orqan köçürülməsinə başlanılacaq

"Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə meyitdən orqan köçürülməsinə təkan verəcək, respublikada meyitdən orqan köçürülməsi həyata keçiriləcək”

Bunu APA-ya Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) "Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

 Onun sözlərinə görə, Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın əsas məqsədi Azərbaycanda transplantologiya işini daha da mükəmməlləşdirməkdən, mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilməsini təmin etməkdən ibarətdir: "Orqan çatışmazlığı olan xəstələr ölkə daxilində və xaricində müxtəlif həkimlərə müraciət ediblər. Nəticədə çox zaman onlar qeyri-peşəkar xidmət görürlər. Şuranın fəaliyyəti ilə əməliyyata, müalicəyə ehtiyacı olan xəstələr vaxtında peşəkar xidmət göstərilməsi üçün tibbi müəssisələrə yönləndiriləcək ki, onlara vaxtında lazımi peşəkar tibbi xidmət göstərilsin”.
 
Şura üzvü qeyd edib ki, əməliyyata ehtiyacı olan xəstələr siyahıya alınaraq, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək: "Artıq Şura mütəmadi toplanıb, görüşlər keçirir. Müəyyən məsələlər paket halında hazırlanıb, təkliflərlə birgə Səhiyyə Nazirliyinə təqdim olunub. Hazırda ölkədə nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı bizdə konkret rəqəmlər yoxdur. Yaxın müddət ərzində belə xəstələrin sayı dəqiqləşdiriləcək və Şuranın işi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
 
M. Kazımi onu da bildirib ki, Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın sədri vəzifəsinə Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təyin olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılması məqsədi ilə əmr imzalayıb. 
 
Əmrə əsasən Şuranın tərkibi təsdiq edilib. Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb. Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək.



OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...