Meydan Tv-nin erməni ortağının adı bəlli oldu - ŞOK TƏFƏRRÜAT
Meydan TV-nin xarici təşkilatlardan maliyyələşdiyi sirr deyil. Bu barədə dəfələrlə mediada yazılar, araşdırmalar dərc olunub.
Daha öncə "Xəzər Xəbər" ortaya çıxarmışdı ki, Meydan TV-nin ermənilərlə yaxından əməkdaşlıq əlaqələri qurduğu və iş birliyi həyata keçirdiyinə dair faktlar meydana çııb. Məlum olub ki, bu resurs özünün anti-Azərbaycan təbliğatını həm də erməni əsilli Anton Kamaryan adlı şəxslə birlikdə həyata keçirir.
A.Kamaryan erməni əslilli Gürcüstan vətəndaşıdır və hazırda Tbilisidə yaşayır. O, 2006-2010-cu illərdə Suxumi Dövlət Universitetinin "Riyaziyyat və Kompüter Elmləri” fakültəsində informasiya texnologiyaları ixtisası üzrə bakalavr, 2013-2018-ci illərdə isə magistr təhsili alıb. 2011-ci ildən müxtəlif şirkətlərdə veb-proqramçı olub. Hazırda Gürcüstanda "ForSet” təşkilatında veb-proqramçı vəzifəsində işləyir və paralel olaraq Meydan TV-nin layihələrində fəal şəkildə çalışır.
A.Kamaryan ardıcıl şəkildə Ermənistana səfərlər edir, internetdə onun bu ölkənin dövlət strukturları ilə yaxın təmaslarına dair faktlar kifayət qədərdir.
Kamaryanın Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqələri vardır. Yerevanda hazırlanmış bir sıra materialların məhz onun vasitəsilə Meydan TV-yə ötürüldüyü və sonrakı mərhələdə sosial şəbəkələrdə fəal istifadə edildiyi şübhə doğurmur. Belə demək mümkündürsə A.Kamaryan hazırda Ermənistanın dövlət strukturları ilə Meydan TV arasında vasitəçi funksiyasını yerinə yertirir.
metbuat.az