Metronun \"Xətai\" stansiyası nə vaxt açılacaq?

Metronun \
Yenidənqurma işlərinin aparıldığı "Xətai" stansiyası iyunda istifadəyə veriləcək.

Sfera.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

 

Ə.Osmanov bildirib ki, "Xətai" stansiyasında yenidənqurma işlərinə ötən il sentyabrın 27-də başlanılıb: "Bu stansiya buna qədər də bir neçə dəfə bağlanmışdı. Burada "Xətai-Cəfər Cabbarlı" mənzilində məkik hərəkət təşkil edildiyindən, qatarların hərəkəti sıx olmadığından, həm də havalandırma sistemi zəif olduğundan bu mənzildə tunellərin və "Xətai" stansiyasının infrastrukturu faktiki olaraq yararsız vəziyyətə düşmüşdü. Stansiyanın platformasını və baş stansiya yollarından birini 3 il əvvəl yenidən qurub sərnişinlərin istifadəsinə verdik. Hazırda digər baş stansiya yolu, yer səthində olan hissəsi, kommunikasiyaları yenidən qurulur. Təbii ki, 50 illik istismar müddətini başa vurmuş eskalatorlar da yeniləri ilə əvəzlənir. Burada da "Sahil"də olduğu kimi, sökülən 3 eskalatorun əvəzinə 4 müasir eskalator qurulur".

Baş mühəndis "Xətai"nin Bakı metrosunun ən dərin stansiyası olduğunu bildirib: "Stansiyanın eskalator lentinin uzunluğu 100 metrə yaxındır. Bunlarla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzili boyunca tunellərdə də infrastrukturun yenidən qurulması işləri aparılır. Stansiya bu ilin iyun ayında istifadəyə veriləcək".


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...