Metronun qrafiki dəyişir
Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının artması əlaqədar hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur. Buna görə sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə, sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Beləliklə, qatarların sayı artırılmaqla qatarlararası interval da azaldılır.Belə ki, Həzi Aslanov - 28 may stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq 28 may - Dərnəgül və 28 may - İçərişəhər stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq”.