Metronun \"İçəri şəhər\" stansiyasında problem yarandı
08:47 / 14.02.2019
2498
Bakı metrosunda qatarda problem yaranıb.
Bu batrədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərionə görə, hadisə metronun "İçəri şəhər" stansiyasında baş verib:
"Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub. Nasazlıq yaranan qatar depoya göndərilib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir".
Sfera.az