Cəmİyyət

Metronun daha bir stansiyasında təmir başladı

Metronun daha bir stansiyasında təmir başladı
"Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılıb.
 
"Bakı Metropoliteni”QSC-dən Publika.az-a verilən məlumatda bildirilir ki, sərnişinlər digər eskalatordan istifadə edə bilərlər.
 
"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.
 
Qeyd edək ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.
 
"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031