Metrokartların ömrünə 3 gün qaldı

Metrokartların ömrünə 3 gün qaldı

Gediş haqqının ödənişi yalnız “Bakıkart”la istifadə etməklə mümkün olacaq. 1 oktyabr 2015-ci il tarixindən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız “Bakıkart”lardan istifadə etməklə mümkün olacaq.

 “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq.O qeyd edib ki, “Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “Baku Bus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir.Şöbəsinin rəisi bildirib ki, hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq xahiş olunur ki, metropolitendən istifadə edərkən vətəndaşlar özünlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürsünlər.Qeyd edək ki, “Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “N.Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.

Aysel


OXŞAR XƏBƏRLƏR