Metroda özünü qatarın altına atan gənc nişanlı imiş - 3 illik dostu SİRRLƏRİ AÇDI/ FOTOLAR
Bu barədə XƏBƏRÇİ.AZ-a Rəşadın adının açıqlanmasını istəməyən 3 illik dostu məlumat verib:
"Çox savadlı gənc idi. Dinə, Allaha bağlı biri idi. Hər zaman Allaha dua edərdi. Heç vaxt onun özünü öldürəcəyini düşünməzdim. Əksinə, hər zaman biz pis olanda bizə dəstək olardı. İnana bilmirəm. Hər bayram pul yığıb, gedib kasıblara bazarlıq edib, xeyirxah işlər görərdi. 3 ildir Rəşadı tanıyırdım. O, turizm şirkətində işləyirdi, "Glamur tur"a rəhbərlik edirdi. Bu yaxınlarda "Glamur MMC"-ni yaratdı və orada rəhbər işləyirdi. 5 dil bilirdi, rus, ingilis, fransız, invird, alman. Sevdiyi qız var idi. Rəşadın arxasınca sosial şəbəkədə yazanlar məni çox narahat edir. Ölünün arxasınca danışmazlar. Biz kimik ki, kimisə mühakimə edək. Allah rəhmət etsin, günahlarını bağışlasın".
Fotoları təqdim edirik: