Metroda özünü öldürən gənc: \"Metro mənim sevgimdir, ən böyük sevgim\" - FOTOLAR

Metroda özünü öldürən gənc: \

 Xəbər verdiyimiz kimi, dünən "Ulduz" metrosunda intihar hadisəsi yaşanıb.
 
22 yaşlı Mustafazadә Rәşad Elixan oğlu özünü qatarın altına ataraq öldürüb.
 
AZXEBER.COM-un məlumatına görə, O, 1995-ci işdә Gәncәdә anadan olub. Rәşad Mustafazadә ictimai fəal gənc olaraq Gəncə şəhərində təşkil olunan bir çox layihələrin aktiv iştirakçılardan biri kimi tanınırdı. Rəşad son vaxtlar turizm sahəsində çalışırmış, onun bu gün Qəbələyə turu nəzərdə tutulurdu.
 
Mərhumun intiharı ilə bağlı bəzi təfərrüat məlum olub. Dostlarının dediyinə görə, Rəşadın metroya xüsusi marağı və sevgisi olub. O xaricə gedəndə ilk işi metroda şəkil çəkdirmək olub.
 
Rəşad həmçinin 2 ay öncə Gürcüstanda metrosunda foto paylaşıb və yazıb: "Mənim metronu sevirəm, metrolar mənim ən böyük sevgimdir" 
 
Bundan başqa o Rusiya və Avropa şəhərlərində olanda da metro ilə bağlı təəsüratlarını paylaşıb və xüsusi sevgisindən bəhs edib. Rəşad məhz metroda intihar etməsi də təsadüfi deyil. Maraqlıdır ki, o intihar üçün sərnişinlərin az olduğu "Ulduz" stansiyasını seçib. 
 
Xatırladaq ki, ötən gün metronun "Ulduz” stansiyasında Rәşad Mustafazadә özünü qatarın altına atıb. 15 saylı qatar gәncin üstündәn keçәrәk, onu iki yerә bölüb.
 
Sfera.az
 

 

 

 

 

 

 

 

 

 



 



 



 



 



 



 



 



 



 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...