Metroda qatarları tanımayacaqsız - FOTO

Metroda qatarları tanımayacaqsız - FOTO
Bakı Metropolitendə vaqonların əsaslı təmiri ilə yanaşı, modernləşdirilməsi də aparılacaq.
 

Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Metropolitendə qatarların zahiri görkəminin, simasının yenilənməsi sərnişinlərin də diqqətindən yayınmır. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi əsaslı təmir və modernləşdirmə məqsədilə metro qatarlarının ölkə xaricinə göndərilməsi təcrübəsinə son qoyaraq, onun yerli şəraitdə təşkilinə nail olmaq üçün tədbirləri davam etdirir: "Bu prosesin növbəti mərhələsinin məhsulu olan daha bir qatar artıq xəttə verilib. Yanvar ayında xəttə çıxmış belə qatarlardan birinin oturacaqlarının üzərinə Bakı Metropoliteninin loqotipi yerləşdirilmişdi. Lakin təmir olunaraq xəttə verilmiş qatarlarda bu yeganə dəyişiklik deyil".

Şöbə rəisi qeyd edib ki, Metropolitendə qatarların əsaslı təmirinə nail olmaq üçün mərhələli addımlar davam etdirilir: "Vaqonların sərnişin salonunun tam yenilənməsi, eləcə də görünüşündə dizayn yeniliklərinin tətbiqi genişləndirilir. Növbəti mərhələ maşinist kabinəsinin ön hissəsi dəyişdirilərək texnoloji yeniliklərin tətbiqinə başlanılmasıdır. Bu isə Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tiflis filialında əsaslı təmir edilərək modernləşdirilən qatarların ən əsas elementinin yerli şəraitdə tətbiqini reallığa çevirir.

Yeniliklərin tətbiqi zamanı diqqət fərqli, daha etibarlı texnoloji və dizayn həllinə yönəldilib. Kabinənin ön hissəsi kompozit materialdan hazırlanır. Bu material dəmir qədər möhkəm, lakin daha yüngüldür, həm də korroziyadan daha etibarlı mühafizə olunur. Onun digər üstünlüyü təhlükəsizlik tələblərinin daha da gücləndirilməsidir. Bundan savayı, vaqonun ön şüşəsi artıq müxtəlif hissələrdən ibarət deyil və bütöv tökmə üsulu ilə hazırlanıb. Onun yuxarı hissəsində yerləşən informasiya panelində təkcə elektron "Bakı metrosu" ifadəsi olmayacaq. Orada istənilən "qaçan" sətrə informasiyanı yerləşdirmək mümkündür. Xəttə verilən yeni qatarda daha bir element Bakı Metropoliteninin loqotipinin də burada yerləşdirilməsidir. Hazırda onun da tam elektronlaşdırılmış üsulla tətbiqi üzərində iş aparılır. O, sərnişinin diqqətini cəlb etməklə yanaşı, həm də burada yerləşdiriləcək informasiyanın çeşidini zənginləşdirməyə imkan verəcək".

N.Paşayev bildirib ki, ön hissənin işıqlanma sistemində də böyütmə effektli materialdan istifadə olunub. Bundan başqa, sərnişin salonunda istehsalçı müəssisə, vaqon-inventar və s. ilə bağlı lövhələr artıq "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsinin bazasında hazırlanır: "Gələcəkdə innovativ yeniliklərin genişləndirilməsi, o cümlədən maşinist pultunun tam müasirləşdirilməsi planlaşdırılır. Bu yeniləşmə "Nərimanov" elektrik deposunun bazasında istismara veriləcək qatarların əsaslı təmiri sahəsində yerinə yetiriləcək. Onun inşası da sürətlə aparılır. Tikinti işləri ilə yanaşı, sahənin material-texniki təchizatı ilə bağlı məsələlər də planlı şəkildə həllini tapır. Əsaslı təmir sahəsinin inşası və təchizatı başa çatdığı vaxtdan tam gücü ilə istismara veriləcək. Qeyd etdiyimiz yeniliklərin indidən tətbiqi kadr hazırlığının da uğurla aparıldığını əyani nümayiş etdirir".


OXŞAR XƏBƏRLƏR

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...