Cəmİyyət

Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı

Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı
Bakıda metroda qatarda problem yaranıb.
 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib: "Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib".


Onun sözlərinə görə, hadisə nəticəsində qatarların ümumi intervalında 7 dəqiqə gecikmə olub.

B.Məmmədov əlavə edib: "Artıq interval bərpa olunub və qatarların hərəkətində problem yoxdur".
 
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031