Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi - VİDEO - YENİLƏNİB

Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi - VİDEO - YENİLƏNİB
 11:06

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.
Sfera.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

Xatırladaq ki, bu gün səhər saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

---------

10:15

Bakı metrosunda intihara cəhd olub.

Sfera.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə 09:18 radələrində  "Qara Qarayev" metro stansiyasında qeydə alınıb.
 


OXŞAR XƏBƏRLƏR