Hadİsə

Metroda həyəcanlı anlar: Gənc oğlan özünü qatarın altına atdı

Metroda həyəcanlı anlar: Gənc oğlan özünü qatarın altına atdı
Metronun "Əhmədli” stansiyasında gənc oğlan özünü qatarın altına atıb.

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə "Əhmədli” stansiyasının 1-ci yolunda baş verib:

1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyev saat 17.03-də özünü qatarın altına atıb.

Dərhal qatarın hərəkəti dayandırılıb. Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb.

XƏBƏR LENTİ