Metroda gediş haqqı 75 qəpiyə qaldırılır?

Metroda gediş haqqı 75 qəpiyə qaldırılır?
"Bakı Metropoliteni”nin açıqladığı maliyyə göstəricilərindən belə məlum olur ki,  şirkətin zərərdən çıxması üçün gediş haqqı 2 dəfədən çox artırılmalıdır.
 
Sfera.az bildirir ki, şirkətin 2019-cu ildə xərci 179 milyon manatdan, 2020-ci ildə 176 milyon manatdan çox olub. Ötən il xərclərin az olması metroda uzun müddət sərnişindaşıma xidmətinin həyata keçirilməməsi ilə bağlıdır. Əgər metro ilboyu sərnişinlərə xidmət göstərsəydi, o halda, xərclər 180 milyon manatı ötəcəkdi. 

Məlumatların təhlili göstərir ki, dövlət büdcəsindən ayrılan subsidiya nəzərə alınmadıqda metronun gəliri xərclərdən xeyli azdır. Şirkət 2019-cu ildə 74,6 milyon manat, 2020-ci ildə 25,16 milyon manat gəlir əldə edib. 2019-cu ildə gəlirin 68,9 milyon manatı sərnişindaşımadan, 5,7 milyon manatı əməliyyat gəlirlərindən ibarət olub. 

Gəlir və xərclər arasında olan fərq çox böyükdür. Aradakı fərqi qapamaq üçün metroda gediş haqqı ən azı 2,52 dəfə artırılmalıdır. Yəni, gediş haqqı 75 qəpik və ya ondan çox olmalıdır ki, metropolitenin əldə etdiyi gəlirlər xərclərini tam maliyyələşdirə bilsin. 

Gediş haqqının qısa müddətdə bu həddə çatdırılması isə real görülmür. Buna görə də metropoliten hələ uzun müddət zərərlə işləməlidir.

Vasif
Sfera.az 


OXŞAR XƏBƏRLƏR