“Metro stansiyalarının sayı 50 olmayınca xeyirdən söhbət gedə bilməz” – EKSPERTDƏN AÇIQLAMA

“Metro stansiyalarının sayı 50 olmayınca xeyirdən söhbət gedə bilməz” – EKSPERTDƏN AÇIQLAMA
 

"İdarəetmə hədəfinin düzgün olmamasının nəticəsidir ki, dövlət şirkətləri ardıcıl olaraq hər ili zərərlə başa vururlar”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşən çoxsaylı şirkət və qurumların hər ili maliyyə baxımından zərərlə işləmələrinin səbəblərinə toxunarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:


"Bu və ya digər dövlət təşkilatının ili zərərlə başa vurmaması üçün idarəetmənin hədəfi dəyişməlidir. İndiki halda, bu qurumlarda qarşşıya qoyulan hədəf heç də səmərəlilik deyil. Bütün dövlət idarələrində hədəf daha çox xərcləməkdən ibarətdir. Hətta SOCAR dövlət büdcəsinə ödədiyindən oradan daha çox miqdarda vəsait alır. Bu vəziyyət dövlət şirkətinin idarəedilməsi praktikasının səmərəli olmadığını göstərir.Çünki arxayındırlar ki, xərclərini bütün hallarda dövlət ödəyəcək”.

 

Problemin həllini ekspert dövlət müəssisələrinin özəlləşdirilməsində görür: "Bu məsələdə yeganə çıxış yolu həmin dövlət şirkətlərinin özəlləşdirilməsidir. Yalnız özəlləşdirildikdən sonra həmin indi dövlətə məxsus şirkətlərdə həm səmərəliliyi, həm də keyfiyyətli xidməti görəcəyik. Yəni bütün hallarda çıxış yolu özəlləşdirmədən keçir. Rəqabət mühiti formalaşmalıdır ki, şirkətlər də xərclərinin səmərəliliyində və xidmətin keyfiyyətində maraqlı olsunlar”.


Lakin A. Nəsirli indiki halda özəlləşdirmənin Metropolitenə şamil edilməməsinin tərəfdarıdır: "Dünya təcrübəsinə görə, metropoliten stansiyalarının sayı 50-dən çox deyilsə, həmin sistem mənfəətlə işləyə bilməz. Amma hərçənd müstəqil araşdırmağa imkan versələr Azərbaycanda metropolitenin idarə edilməsində də kifayət qədər izafi xərclərə gedildiyini görmək olar. Zərərlə işləyən bir kompleksin stansiyalarının tez-tez təmir edilməsi və yaxud burada o qədər də vacib olmayan döşəmə və divardakı üzlüklərin tez-tez dəyişdirilməsi mənfəətlə işləməyən qurum üçün heç də uğurlu addım sayıla bilməz. Metropoliten stansiyalarının sayı 50-ni keçdikdən sonra onun özəlləşdirilməsi barədə düşünmək olar”.


Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən dövlət şirkətlərinin demək olar ki, mütləq əksəriyyəti dövlət büdcəsindən böyük miqdarda vəsaitlər qoparsalar da, hər dəfə ili qazanc və maliyyə baxımından zərərlə başa vururlar. Anoloji vəziyyət "Azərenerji”, "Azərişıq”, "Azərsu”, Metropoliten və bir sıra digər şirkətlərdə də özünü göstərir. Son məlumata görə, "Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərərlə başa vurub.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...