Metro qış qrafikinə keçir

Metro qış qrafikinə keçir

Sentyabrın 18-dən qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək.

Bakı Metropoliteni QSC-dən Sfera.az-a verilən məlumata görə, yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması, sərnişin axınının intensivləşməsini nəzərə alınaraq sentyabrın 18-dən Metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək.

Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, "Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi "28 May-Dərnəgül” və "28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.

Bu müddətdə yalnız "Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov-Ulduz” sahəsində fərqli ola bilər.

QSC bildirib ki, "Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.

Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərə...