Metro istifadəçilərinin nəzərinə

Metro istifadəçilərinin nəzərinə

"Bakı Metropoliteni" mövcud metro kartlarının girov dəyərinin qaytarılması ilə bağlı məsələyə növbəti dəfə aydınlıq gətirib. 

Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nəsimi Paşayev məlumat paylaşıb:

"Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq "Bakı Metropoliteni" QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı 15 avqust 2015-ci il tarixi gecə saat 24:00-dan etibarən dayandırılacaq.

Avqust ayının 31-nə kimi isə metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək. 1 sentyabrdan 30 sentyabra qədər isə mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı olacaq. Yəni gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan Bakıkarta transfer edilə bilər".

Xatırladaq ki, "Bakı Metropoliteni" artıq bir dəfə oxşar bəyanat yayıb.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...