Mətbuat xidmətinin rəhbəri niyə işdən çıxarıldı?

Mətbuat xidmətinin rəhbəri niyə işdən çıxarıldı?
 

Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Mətin Adil oğlu Hüseynov öz istəyi ilə vəzifədən azad edilib.

Bunu  Səbail rayon İcra Hakimiyyətindən bildiriblər. İcradan verilən məlumata görə, İH-in mətbuat katibi M.Hüseynovun vəzifəsindən ayrılmasına səbəb sağlamlıq problemidir: "Mətin Hüseynovu heç kəs vəzifəsindən azad etməyib. O öz istəyi ilə ərizə yazaraq istefa verib. Səbəb isə səhhətindəki problemdir”.

İH-dən bildirilib ki, M.Hüseynovun vəzifədən uzaqlaşdırılmasının 162 nömrəli məktəbdə baş verən olayda adı hallanan icra başçısının müavini Xalidə Bayramova ilə heç bir əlaqəsi yoxdur:

"Mətin Hüseynovun bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Xalidə xanım Bayramova ilə bağlı isə heç bir məlumata sahib deyilik”.

Qeyd edək ki, Səbail rayon icra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Mətin Adil oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Anar Eldar oğlu Hüseynovun təyin edilib.

Axar.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...