Mətbuat Şurası: Mitinqdə jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

Mətbuat Şurası: Mitinqdə jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

Mətbuat Şurası Milli Şuranın sentyabr ayının 17-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

 

Sfera.az-a verilən məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib. Eyni zamanda mitinq müddətində Mətbuat Şurasında "qaynar xətt" rejimində fəaliyyət gösətərən 012 441 25 96 və 441 35 30 telefon nömrələrinə də jurnalistlərdən müraciət daxil olmayıb.

 

Monitorinq prosesində iştirak edən Mətbuat Şarasının icraçı katibi Rəhim Hüseynzadənin bildirdiyinə görə, aksiyanı işıqlandıran jurnalistlərin çox az qismi üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar.

 

Qeyd edək ki, Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün nəzərdə tutulmuş gödəkçələrin hazırlanmasına başlayıb. Tezliklə həmin gödəkçələrin müəyyən hissəsi KİV redaksiyalarına paylanacaq.



OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...