Mətbəxdən 6 milyonluq sənət əsəri çıxdı - FOTO
12:15 / 26.09.2019
1589
Parisdə yaşayan yaşlı qadının evindəki tablonun sərvət dəyərində olduğu aşkarlanıb.
Sfera.az axşam.az-a istinadən bildirir ki, o, illərdir mətbəxinin divarında asılan tablonu mütəxəssislərə aparıb. Əsər üzərində bir sıra testlər aparıldıqdan sonra onun 13-cü əsrdə yaşayan məşhur florensaiyalı rəssam Cimabueyə aid olduğu bildirilib.
Tablonun dəyərinin 6 milyon avro olduğu bildirilir. Adının açıqlanmasını istəməyən qadın onu hərracda satacağını bildirib.