Hadİsə

Mətbəx baltası ilə marketə girdi, çaxnaşma yarandı - VİDEO

Mətbəx baltası ilə marketə girdi, çaxnaşma yarandı - VİDEO

Böyük Britaniyanın Lester şəhərində supermarketdə qorxulu anlar yaşanıb.

37 yaşlı Yanuş Samonek əlində mətbəx baltası ilə supermarketə daxil olub və insanları hədələyib.

Qorxuya düşən insanlar arasında çaxnaşma yaranıb.

 

Bir tələbə isə bunları videoya çəkib.

Həyəcan siqnalı çalındıqdan beş dəqiqə sonra gələn polislər insanları təxliyyə edib, qorxanları sakitləşdiriblər.

Supermarketin rəhbərliyi isə anlayışlı davrandıqları üçün müştərilərə təşəkkür edib. (oxu.az)


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031