Mətanətin 2-ci evlilik istəyi puç oldu: “Onu itirdim...”
11:25 / 30.01.2019
4583
Bir müddət öncə ikinci dəfə ailə quracağını açıqlayan müğənni Mətanət Əsədovadan xəbər var.
"ATV şou” verilişinə qonaq olan müğənni bildirib ki, yenidən ailə qurmaq niyyətində deyil:
"O, gərək Mətanət xasiyyəti ola. Hamısı yalandır, boşdur. Deyirəm ki, qarşıma çıxan tez çürüyən çin saqqızıdır. Olmayacaq... Mən bir kərə sevildim, o da getdi. Kaş həyatıma yazılardı, onu özüm itirdim. Həmin insanın başqa bir işi var. Evləndi... Allah mənim xoşbəxtliyimi ona yazsın. Çünki 4-5 il mənə xoşbəxtlik yaşatdı. Mən özümü əsl xoşbəxt qadın kimi hiss etdim".
Teleqraf.com