Məsut Özildən örnək addım - FOTO

Məsut Özildən örnək addım - FOTO

Bu gün Amine Gülşe ilə evlənən "Arsenal"ın Türk əsilli alman futbolçusu Məsut Özil örnək addımıyla diqqət çəkib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o "Türk Qızılayı" vasitəsiylə dünən 16  min ehtiyacı olan ailəyə yemək süfrəsi təşkil edib. "Türk Qızılayı"ndan verilən açıqlamaya görə, Məsut Özil qurumun Türkiyədəki 14 fərqli mərkəzindən 14 min, Suriya və Türkiyədəki düşərgələrdə qalan, müharibədən zərər çəkmişlərə də 2 min olmaq üzrə cəmi 16 min adama yemək süfrəsi açdırıb.

 Qurum Özilin bu hərəkətini örnək addım adlandırıb. 

Qeyd edək ki, Məsut Özilin model sevgilisi Əminə Gülşəni ata evindən çıxardığı anın görüntüləri yayılıb. Cütlüyün yaxınlarının sosial şəbəkələrdə pyaylaşdığı videolarda futbolçunun dostlarının əlindəki məşəl, zurna-balaban və nağaranın müşayiəti altında qız evinə gedərək Gülşəni evdən çıxardığı görünür.

Qeyd edək ki, toy bu axşam İstanbulda məşhur otellərin birində baş tutacaq. Cütlüyün nikah şahidləri Prezident Rəcəb Tayyib Ərdoğanla onun xanımı Əminə Ərdoğan olacaq. 
 



OXŞAR XƏBƏRLƏR