İdman

Messinin baş məşqçisi aşpazı zorlayıb - Şok iddia

Messinin baş məşqçisi aşpazı zorlayıb - Şok iddia
Dünya çempionatına azsaylı günlər qalmış Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli haqda şok məlumat yayılıb.

Sfera.az xəbər verir ki, ölkənin jurnalisti Qabriel Anelyonun iddiasına görə, Sampaoli aşpazı zorlayıb. Onun sözlərinə görə, federasiya bu məlumatın yayılmaması üçün əlindən gələni edib:
 
"Sampaoli və aşpaz arasında nələrsə baş verib. Sadəcə, federasiya bu məlumatın yayılmaması üçün hər şey etdi. Sampaoli qadını zorlayıb. Ətrafımda hər kəs bunu bilir. Haqq-ədalət öz yerini tapmalıdır”.

Argentina dünya çempionatında İslandiya, Nigeriya və Xorvatiya ilə birgə D qrupunda qərarlaşıb.(qafqazinfo)
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031