Dünya

Messini vurmaq istədilər - VİDEO

Messini vurmaq istədilər - VİDEO

İspaniyanın İbiza istirahət bölgəsində keçirilən konsert zamanı Argentina yığmasının və "Barselona”nın futbolçusu Lionel Messiyə hücum olub.

Oxu.Az xəbər verir ki, bu, L.Messi həyat yoldaşı Antonello Rokutso ilə birgə olarkən baş verib.

Videoda bir nəfərin futbolçunu təxribata çəkdiyi, onu vurmaq istədiyi görünür. Lakin təhlükəsizlik nümayəndələri buna imkan vermir.

Həmin vaxt L.Messi ilə istirahət edənlər arasında "Barselona”nın futbolçuları – Luis Suares, Xordi Alba və onların sabiq komanda yoldaşı, hazırda "Monako”da çıxış edən Sesk Fabreqas da olub.


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031