Messi:\"Məni niyə öldürmək istəyirlər?\"

Messi:\
 "Barselona"nın kapitanı Lionel Messi maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Argentinalı superulduz Kriştianu Ronaldonun "Real"dan gedişinə təəssüfləndiyini söyləyib.

O, portuqaliyalının sayəsində "Yuventus"un gücləndiyini vurğulayıb: "Çətin olsa da, Ronaldoya qarşı oynamaq xoş idi. Kriştianu "Real"da olanda titullar qazanmaqdan daha çox xoşum gəlirdi. Madriddə qalsaydı, əla olardı. "Yuventus"a  da böyük hörmətim var. Onların böyük oyunçuları, güclü komandaları var. Ronaldonun gəlişi ilə daha da gücləndilər. "Atletiko"nu məğlub etməklə Çempionlar Liqasının favoritinə çevriliblər".

Messi uzun illər rəqib olduğu Ronaldonu dünyanın ən yaxşı futbolçusu hesab etdiyini də deyib: "Neymar, Mbappe, Suares, Azar kimi böyük futbolçular var. Onların hər biri ən yaxşı olar bilər. Ancaq Ronaldonu bu qrupdan ayrı tuturam, təbii ki, özümlə birlikdə".

Leo karyerasının sonlarında ilk komandası "Nyuells Old Boys"a qayıtmasının real görünmədiyini deyib: "Nyuells"də oynamaq istərdim. Ancaq hazırkı vəziyyətdə Argentinaya qayıtmağım çətin görünür. Övladlarımı düşünürəm. Tiaqo artıq böyüyür və bizi qəbul edir. Onun Argentinaya qayıtmasını məcbur edən hər hansı bir səbəb yoxdu".

31 yaşlı futbolçu Argentina millisindəki çıxışına da toxunub. O, hətta tənqidlərdən oğlunun da təsirləndiyini söyləyib: "Oğlum yutubda videoları izləyir. Sonra məndən soruşur ki, səni Argentinada niyə öldürmək istəyirlər? Ancaq yenə də yığmanın formasını geyinmək xoşuma gəlir. Hələ də milli ilə uğur qazanmaq istəyirəm. Bütün vacib oyunlarda iştirak edəcəm. Dünya çempionatının finalında oynamışıq, hansı ki, bu, heç də asan deyil. Haqqımda çıxan söz-söhbətlər isə doğru deyil. Yığma üçün baş məşqçini mən seçmirəm. Belə xəbərlər ortaya çıxanda xoşbəxt olmaq çətindi. Braziliyada dünya çempionu olsaydıq, indi başqa şeydən danışardılar. Xırda detallar məğlubiyyətə səbəb oldu".

Kapitan zədəsi barədə də məlumat verib: "Qasıq nahiyəsindən zədə almaq xoş deyil. Bu, bir neçə günə müalicə olunmur. Özümü yaxşı hiss edirəm, ancaq problem həll olunmayıb. Özümə qayğı göstərməliyəm".

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...