Maraqlı

Messi Ronaldonun birgə nahar etmək təklifinə cavab verib

Messi Ronaldonun birgə nahar etmək təklifinə cavab verib
 

"Kriştiano məni nahara dəvət edib? Problem yoxdur. Mən həmişə demişəm ki, onunla aramızda hansısa problem yoxdur”. 

Sfera.az bildirir ki,  bunu Argentina yığmasının və İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi deyib. 

32 yaşlı hücumçu portuqaliyalı Kriştianu Ronaldonun onunla nahar etməyə hazır olmasına münasibət bildirib. Cənubi amerikalı birgə oturmağın problem yaratmayacağını açıqlayıb: "Biz komanda yoldaşı olmadığımız üçün yaxın dost deyilik. Adətən təntənəli mərasimlərdə görüşürük. Sonuncu belə tədbirdə daha çox ünsiyyətdə olduq və həmişəkindən daha səmimi danışdıq. Bilmirəm, bizim birgə naharımız alınacaq, ya yox. Çünki hələ yollarımızın kəsişib-kəsişməyəcəyi bəlli deyil. Hərəmizin bir ölkədə yaşadığını və öz öhdəlikləri olmasını da nəzərə almalıyıq. Bu baş versə problem yoxdur”. 

 
 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30