Messi milli komandaya qayıdır: 5 şərti var

Messi milli komandaya qayıdır: 5 şərti var
Dünya futbolunun ulduzu Lionel Messi Argentinanın Mərakeşlə yoldaşlıq görüşündə milli komandaya qayıtmağa hazırdır. Dünya çempionatından sonra yığma kollektivi bir müddətlik tərk etmək istədiyini deyən "Barselona”nın futbolçusu yenə ağ-mavi formanı geyinməyə hazırlaşır.

 Messi milli komandaya qayıtmaq üçün Argentina futbol federasiyası qarşısında şərtlər qoyub. Birincisi, mərakeşlilər meydanda ona qarşı sərt oynamayacaqlar. İkincisi, forma dəyişdirməyəcəklər. Üçüncüsü, oyundan sonra onunla şəkil çəkdirməyəcəklər. Dördüncüsü, Messinin qaldığı otelin adı açıqlanmayacaq. Beşincisi, dünya ulduzu meydanda azı 60 dəqiqə keçirəcək.

Mərakeş və Argentina milli komandaları martın 26-da üz-üzə gələcək. Oyunun Rabat şəhərində baş tutması planlaşdırılır.bizimyol

OXŞAR XƏBƏRLƏR