İdman

Messi "Barselona" azarkeşləri ilə dalaşdı

Messi
"Barselona"nın kapitanı Lionel Messi xoşagəlməz hadisə ilə üzləşib. Argentinalı Liverpul aeroportunda "Barselona" fanatları ilə mübahisə edib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la cavab qarşılaşmasından (0:4) sonra dopinq-testdən keçən Messi hava limanına komandadan gec yollanmalı olub. Aeroportun girişində məyus görünən ispan fanatlar ona hücum çəkiblər. Leo da geri addım atmayaraq, onların üzərinə şığıyıb. Lakin futbolçunun şəxsi meneceri Pepe Kosta araya girərək, onu hadisə yerindən uzaqlaşdırıb.

Qeyd edək ki, ilk matçdakı 3:0 hesablı qələbəyə baxmayaraq, "Barselona" mübarizəni dayandırıb.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031